Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən bu ilin 9 ayında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev hesabat məruzəsi ilə çıxış edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Çingiz Əliyev Prezidentin 23 fevral 2015-ci il tarixli fərmanının icrası işlərindən bəhs edərək bildirib ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır və mükəmməl proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir.
Vətəndaşların ünvanlı yardımla bağlı elektron şəkildə edəcəkləri müraciətlərə baxılması üçün onlara dair müvafiq məlumatların əldə olunması üçün digər aidiyyəti qurumlar tərəfindən müvafiq informasiya resurslarının “Elektron hökumət” portalında yerləşdirilməsi işləri aparılır.
Xeberler.az