"Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi Gürcüstanda nümayiş olunub
23.10.2015

Xalq artisti Oqtay Mir Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi Gürcüstanda keçirilən kinofestivalda nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər rejissorun yaradıcılığından söz açıblar, “Qisas almadan ölmə...” filmi haqqında fikirlərini bölüşüblər.

Oqtay Mir Qasım çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

APA