Heydər Əliyev Sarayında "Uşaqların sevincli dünyası" adlı konsert keçiriləcək
23.10.2015

21 noyabr tarixində, Heydər Əliyev Sarayında "Uşaqların sevincli dünyası" adlı konsert keçiriləcək.

Konsertdə "Aysel", "Zirvə", "Asiman" rəqs qrupları və başqaları iştirak edəcəklər. Səhnədə rəqs kollektivləri və uşaq ifaçıları tərəfindən milli, müasir rəqslər və musiqilər nümayiş olunacaq. Məktəblilərin tətil günlərinin unudulmaz və yaddaqalan olması üçün illüziya şousu və rəngarəng çıxışlar təşkil olunacaq.

Əziz uşaqlar, Sizi "Uşaqların sevincli dünyası" adlı konsertdə xoş təssüratlar, gülməli səhnələr və çoxlu sürprizlər gözləyir. Saat 13:00-da başlayacaq konsertin biletləri 5-15 manat arasında satışa çıxarılıb.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

Milli.az