“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq ailə qurub. Nikah mərasimi şənbə günü baş tutub.
Zükerberq öz “Facebook” səhifəsindəki ailə vəziyyəti statusunu da “subay”dan “evli”yə dəyişib.
Onun həyat yoldaşı 27 yaşlı Prissella Çan Kaliforniya Universitetinin tibb fakültəsini bitirib. Xatırladaq ki, cümə günü sosial şəbəkənin səhmləri “FB” tikeri altında NASDAQ birjasında satılıb. Birjada artıq sosila şəbəkənin səhmlərinin ümumi dəyəri 100 milyard dolları ötüb.
Toy Zükerberqin evində baş tutub, mərasimdə 100 nəfər qonaq iştirak edib. Qonaqlar toydan xəbərsiz imişlər, onlar Çanın məzun olması münasibətilə verilən ziyafətdə iştirak etmək adı ilə dəvət olunublar. Yalnız qonaqlıqda məlum olub ki, gerçək səbəb başqadır.
Mark Prissella ilə Harvard Univeristetində oxuyarkən tanış olub. Onlar doqquz ildir ki, görüşürdülər.
ANN.Az