31 oktyabrda Bakıda hər kəs kitab oxuyacaq
27.10.2015

“READ-Book club” 31 oktyabrda ikinci kitab fləşmobu keçirəcək. Kitab klubundan Kulisə verilən məlumata görə 30 dəqiqə davam edəcək fləşmoba hər kəs dəvətlidir.

Fləşmob saat 15:30-dan 16:00-a qədər “İçərişəhər” metrosu ətrafında keçiriləcək.

Fləşmobun keçirilməsində məqsəd insanların kitaba olan marağını artırmaq, kitabı təbliğ etməkdir.

Xatırladaq ki, “Read-Book club” aprel ayında da kitab fləşmobu keçirmiş və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.

Lent.az