Bakıda fəaliyyət göstərən bir qrup proqram tərtibatçısı smartfonlar üçün "Flapus" adlanan planlaşdırma proqramı yaradıblar.
Layihənin rəsmi səhifəsində bildirilir ki, "Flapus"da akkauntun qeydiyyatı birbaşa mobil telefon nömrəsi ilə bağlı olduğuna görə, bu proqram tapşırıqları kateqoriyalar üzrə qruplaşdırmağa və səsli xatırlatmanı işə salmağa imkan verir. Proqramın "Android" üzərində işləyən smartfonlar üçün beta-versiyası istifadəyə verilib və test rejimində verilməsi üçün bu istinaddan istifadə etmək olar. Yaxın zamanda proqramın "iOS" versiyasını da təqdim olunacaq.
AZƏRTAC