Dekabrın 2-dən 5-dək Bakıda keçiriləcək Bakutel 2015 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində "Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri" I Respublika elmi-praktiki konfransı təşkil olunacaq.
Beynəlxalq tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən keçiriləcək.
Konfransın əsas istiqamətlərinə Big Data Mining və Big Data analitika (Big Data Mining and Big Data Analytics); Big Data arxitekturaları (Big Data Architectures); Big Data-nın təhlükəsizliyi (Big Data Security); Big Data-nın tətbiqləri (Big Data Applications) mövzuları daxildir.
Xeberler.az