«Nar Mobile» abunəçilərinə kompensasiya təqdim edir
21.5.2012

Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansdan abunəçi 1 həftə ərzində istifadə edə biləcək.
Şirkətdən verilən məlumata görə, «Nar Mobile» bu addımı şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəza nəticəsində yarmış məhdudiyyəti kompensasiya etmək məqsədilə atıb.
Qeyd edək ki, mayın 18-də «Nar Mobile»ın şəbəkəsində baş vermiş qəza nəticəsində yaranan texniki problemlər artıq tamamilə həll olunub.

APA