Azərbaycanın xalq artisti, müğənni Gülağa Məmmədovun 90 illik yubiley tədbiri keçiriləcək.
Axşam.az xəbər verir ki, bu barədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından məlumat verilib.
Noyabrın 18-də Filarmoniyanın səhnəsində keçiriləcək yubiley tədbirində Gülağa Məmmədovun yaxınları, ailə üzvləri, dostları iştirak edəcək.
Yubiley gecəsində Gülağa Məmmədovun reperuarında olan mahnılar səsləndiriləcək.
Axsam.az