Noyabrın ilk günlərində Yerdə maqnit qasırğaları gözlənilir
28.10.2015

Yer kürəsində maqnit qasırğaları noyabrın əvvəlində gözlənilir.

Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri açıqlama veriblər. Alimlər iddia edirlər ki, maqnit qasırğaları daha həssas və ürək-damar sistemi xəstəlikləri olan insanların, eləcə də yaşlı nəslin səhhətinə mənfi təsir göstərəcək. Bu insanlarda baş ağrıları, yüksək arterial təzyiq və ürək bulanması ola bilər.

Mütəxəssislər maqnit fırtınaları zamanı insanlara fəal və ağır fiziki işlərdən çəkinməyi tövsiyə edirlər.

AZƏRTAC