Bu gün dünyanın ən populyar teleseriallarından birinə çevrilmiş "Doktor Haus"un (House MD) sonuncu, 117-ci seriyası nümayiş olunacaq.
Serialın baş qəhrəmanı olan dahi diaqnozçu həkim Qreqori Hausun rolunu Hyu Lori oynayır.
GoMap.Az FOX-a istinadən bildirir ki, teleserialın son seriyası "Hamı nə vaxtsa ölür" adlanır.
Devid Şorun yaratdığı, tibb dramı janrında olan serial 8 ildən bəri davam edir.
Tənqidçilər serialı yaxşı qarşılamışdılar. Onların dediklərinə görə, doktor Hausun iti ağıllı, hazırcavab və zarafatcıldır.
"Doktor Haus"un ən populyar olduğu dövr 2007-ci il idi və o vaxtdan bəri serialın populyarlığı tədricən azalmaqdadır.
Teleserial çoxsaylı "Qızıl qlobus" mükafatları, habelə ssenari və quruluşa görə 6 "Emmy" alıb.
Britaniyalı Lori 6 dəfə "Emmy"yə nominant olsa da, mükafatı ala bilməyib.
Fəqət mizantrop həkim roluna görə Lori iki dəfə "Qızıl qlobus və 2 dəfə də Amerika Aktyor Gildiyasının mükafatını alıb.
"Doktor Haus" tamaşaçılarının sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.
Hyu Lori isə serialın hər seriyasına görə 700 min dollar qonorar alaraq dünyanın ən çox qazanan teleaktyoruna dönmüşdü.
Milli.Az