Nyu-York şəhərində keçirilmiş hərracda yaxşı vəziyyətdə qalmış dinozavr skeleti 1,5 milyon dollara satılıb.
GoMap.Az BBC-yə istinadən bildirir ki, bu skeletin sahibi, Monqolustan ərazisində aşkarlanmış "Tyrannosaurus Bataar", milyon illərlə əvvəl Şimali Amerikada yaşamış "Tyrannosaurus Rex"in "qohumu"dur.
Skeleti alan şəxs bütün hüquqi prosedurlar başa çatana qədər gözləməlidir.
Monqolustanın hakimiyyət dairələri Qobi səhrasında tapılmış dinozavr skeletinin oğurlandığını, hərracı keçirmiş "Heritage Auctions" isə hər şeyin qanuna uyğun olduğunu deyir.
Milli.Az