Müəllimlərin elektron formada qiymətləndirilməsinə başlanıb
30.10.2015

Bir müddət əvvəl məlumat vermişdik ki, Respublikanın 12 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Artıq Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin elektron formada diaqnostik qiymətləndirilməsinə başlanıb.

Qeyd edək ki, kompüter vasitəsilə təşkil olunan imtahanlar zamanı müəllimlərə ixtisasları üzrə 40, təlim strategiyaları və kurikulum üzrə 20 test sualı təqdim olunur.

Qiymətləndirilmə prosesi Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə təşkil edilir.

Daha ətraflı buradan məlumat əldə bilərsiniz.


Xeberler.az