Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması üçün ayrılan müddət oktyabrın 31-də başa çatır.
Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına oktyabrın 9-da başlanılıb. Oktyabrın 31-də saat 8.00-da təşviqat dayandırılacaq.
AZƏRTAC