Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında qazıntı işləri aparılcaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olan məlumata görə, qazıntı işləri magistral istilik xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə həyata keçiriləcək. Noyabrın 4-də aparılacaq bərpa işlərinin 1 gün müddətinə yekunlaşdırılması nəzərdə tutulub.
Qazıntı işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılacaq.
Milil.Az