Hələlik konsept formasında təqdim olunan maşını artıq çoxları «dünyanın ən super «Cip»i» adlandırırlar. İtalyanlar artıq 2015-ci ildən onun seriya istehsalına başlanacağını bildirirlər.
«Lamborghini Urus»un uzunluğu təxminən 5 metr, enisə 2 metrdir. Müqayisə üçün qeyd edək ki, bu, «BMW X6»dan 120 millimetr uzun, 16 millimetr enlidir. Yeni modelin mühərriki 600 at gücündədir. Texniki göstəricilərin digər detalları hələ ki, açıqlanmır.
foxnews.az