“Elektron hökumət” portalının mobil tətbiqi istifadəyə verildi
30.10.2015

Məlumat verdiyimiz kimi, “Elektron hökumət” portalının (e-gov.az) mobil platforması App Store internet mağazasına yerləşdiriləcəkdi. Bu istiqamətdə işlər davam edirdi.

Artıq portalın mobil tətbiq iOS istifadəçilərinə təqdim olunub.

Qeyd edək ki, ilkin mərhələdə yaradılmış mobil platformada portalda olan 10 dövlət qurumunun elektron xidmətləri öz əksini tapıb. Belə ki, qurumaların cəmi 20 xidməti tətbiqə əlavə edilib.

Mobil versiyaya vətəndaşların ən çox ehtiyac duyduğu xidmətlər, o cümlədən “Elektron arayışlar” əlavə edilib.

Xidmətlərin azlığına gəlincə isə MHM-in veb proqramlaşdırma şöbəsinin müdiri Emin Novruzov Xeberler.az-a bildirib ki, mobil platforma uyğun və yararlı xidmətlər əsas nəzərdə tutulub. Onun sözlərinə görə, sürətlə digər xidmətlər də inteqrasiya ediləcək.

“Elektron hökumət” portalının mobil platformasının ilkin versiyasından hələlik iOS əməliyyat sistemi və Android əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər.
Xeberler.az