Nizami rayonu Mikayıl Əliyev küçəsində (İmaməddin Nəsimi küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 2 noyabr 2015-ci il tarixində səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçələrindən istifadə etmələri tövsiyə olunur.
AZƏRTAC