Bakıda "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forumu keçirilir
2.11.2015

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan "Akademik Elm Həftəliyi-2015" Beynəlxalq Multidissiplinar Forum işə başlayıb.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, yaxın vaxtlarda akademiyanın 70 illiyi qeyd olunacaq: “Hesab edirəm ki, Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi bu tədbir akademiyanın 70 illiyinə böyük töhfədir. Forum çərçivəsində interaktiv müzakirələr təşkil olunacaq ki, bu da akademiyada ilk dəfə keçirilir. Gənc alimlərin tədqiqatlara cəlb olunması, onlara imkanların yaradılması akademiyanın prioritet istiqamətlərindədir”.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev forumun əhəmiyyətindən, gündəlikdə duran məsələlərdən danışıblar.

Qeyd olunub ki, tədbir çərçivəsində keçirilən konfranslarda 20 ölkdən 350-ə yaxın gənc alim və mütəxəssis iştirak edəcək.

APA