Instagram Twitter və Snapchat ilə mübarizə aparmaq üçün yeniliyə imza atıb.
Hələlik ABŞ-da istifadəçilərə təqdim edilən yeni funksiyada artıq Instagram-da tədbirlərə özəl video kanalı yer alacaq.
Belə ki, video kanal ‘kəşfet’ bölümü daxilində önəmli tədbirlər üçün ayrılan xüsusi bir bölmədir. Bölmədə Instagram-da müəyyən bir həştəqlə göndərilən videoları bir araya toplanır.
Bu bölümdə önə çıxarılan məqamlar isə Instagram tərəfindən araşdırılıb, seçilir. Həmçinin Instagram-ın bu bölümə reklam qəbul edəcəyi də gözlənilir.
Qeyd edək ki, sosial platforma ilk dəfə Cadılar Bayramı (Hallowen) ilə bu xidmətini istifadəyə verib.
Xidmətin Instagram-ın gəlirlərini artıracağı iddia edilir.
Qeyd edək ki, aktual reaklamlara görə Instagram 400 milyon aktiv istifadəçiyə sahibdir və platforma üzərindən gündə 80 milyon şəkil paylaşılır.
Xeberler.az