Azərbaycanın bəzi rayonlarına qazın verilişində məhdudiyyətlər olacaq
22.5.2012

Təmir işlərinin aparılması ilə əlaqədar çərşənbə axşamı saat 10:00-dan 18:00-dək Azərbaycanın Ucar rayonuna qazın verilməsində məhdudiyyətlər olacaq. Bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Habelə məhdudiyyətlər Ucar şəhərində və Gəraybəyli, Rəstəcə, Qarabərk və Lək kəndlərində müşahidə olunacaq.

Məlumatda deyildiyi kimi, saat 09:00-dan 19:00-dək Şamaxı şəhərinə, Meysəri, Xınıslı kəndlərinə və Şəhriyar qəsəbəsinə də qazın verilməsində fasilələr olacaq.

Trend