2012-ci ilin ilk Günəş tutulması baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin verdiyi məlumata görə, mayın 21-i Bakı vaxtı ilə saat 01.56-da başlayan Günəş tutulması saat 07.49-da başa çatıb. Günəş tutulması Azərbaycan ərazisində müşahidə edilməyib, ancaq qərb yarımkürəsində izlənilib.
Ə. Quliyev deyib ki, iyunun 4-də isə ilin ilk qismən Ay tutulması baş verəcək. Həmin gün saat 15.01-də başlayan Ay tutulması saat 17.06-dək davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.
APA