2015-ci il oktyabrın 20-də Art production Milli Bayraq Gününə həsr olunmuş uşaq moda müsabiqəsinə - "Kids fashion show"ya start verdi. Müsabiqə qısa zaman ərzində insanların marağına səbəb oldu. Kastinqlərə 50-dən çox uşaq müraciət etdi və 26 uşaq kastinqlərdən uğurla keçdi. Final gecəsi 8 noyabr 17.30-da "Ambassador" otelində keçiriləcək.
Art production uşaq moda müsabiqələrini davamlı olaraq həyata keçirəcək və yaxın zamanlarda şou ulduzlarının iştirakı ilə möhtəşəm klip, qısametrajlı və tammetrajlı filmlərin çəkilməsini planlaşdırır.
Milli.az