Startap Günləri 2015 sabah başlayır
5.11.2015

Artıq Günlər üçün bütün hazırlıq işləri yekunlaşıb.

Bu barədə “Startap Azərbaycan”nın Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Günlər 3 gün davam edəcək.

Bu gün tədbirin proqramının son variantı da təsdiqlənib. Buradan tanış ola bilərsiniz.

Təşkilat Komitəsindən verilən məlumata görə, Günlər çərçivəsində keçiriləcək konfransın panelçiləri də artıq təsdiqlənib. Burada.

Qeyd edək ki, Startap Günlərinin sabah saat 14.00-da Yüsək Texnologiyalar Parkında təşkil olunacaq rəsmi açılış mərasimindən dərhal sonra “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu ” mövzusunda konfrans öz işinə başlayacaq.

Bundan sonra ardıcıllıqla tədbirlər təşkil olunacaq. Daha ətraflı burada.

Onu da nəzərinizə çatdıraq ki, Təşkilat Komitəsi tərəfindən artıq Günlər üçün qeydiyyatdan keçmiş şəxsələrə tədbirdə iştirak üçün dəvətlər göndərilib.

Startap Günləri 2015 –in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına sponsorların qiymətli hədiyyələri və diplomlar təqdim olunacaq. Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə sertifikat veriləcək.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, Xəzər Vençur (Khazar Ventures), SİNAM və ATL Group şirkəti dəstək verir.

Startap Günlərini müsabiqənin rəsmi saytından və bu məqsədlə yaradılan Facebook-da "event"dən izləyə bilərsiniz.


Xeberler.az