Şəhərimizin sakinlərinin və turistlərin nəzərinə: Bu gün Bakı Metropoliteni bütöv sutkanı işləyəcək
22.5.2012

Bu gün Bakı Metropoliteni "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar olaraq günün 24 saatı işləyəcək.

Bakı Metropoliteninin Hərəkət Xidmətinin rəisi Etibar İsayev açıqlamasında bildirib ki, yarışmanın final və yarımfinal günlərində Bakı Metropoliteni gecədən səhərə qədər işləyəcək. Qeyd edək ki, bu gün, 24 may və 26 mayda paytaxt metrosu gecə-gündüz işləyəcək.

foxnews.az