Bu gün bəzi rayonlar susuz qalacaq
6.11.2015

“Azərsu” abonentlərdən üzr istəyir.

Bu gün saat 06:00-dan 24 saat müddətinə Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, “Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qeyd edək ki, “Azərsu” dan qeyd edilib ki, yaranacaq vəziyyət Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

www.oxu.az