Kolumbiyada nəhəng yırtıcı tısbağa tapılıb. GoMap-in “Utra.ru” saytına istinadan verdiyi məlumata görə, Amerika palentoloqları avtomobil ölçüsündə olan bu tısbağanın təxminən 60 min il əvvəl hazırkı cənubi Amerika ərazisində yaşadığını deyirlər. Tədqiqatçıları öz nəhəng skeletinə görə dəhşətə gətirən bu qədim sürünən hələ 2005-ci ildə Kolumbiya şaxtalarından birindən tapılsa da, yalnız bu il onun haqqında rəsmi məlumat verilib.
Qərbi Karolina Universitetinin əməkdaşı Den Ksepkinin sözlərinə görə, bu tısbağalar vəhşi həyat tərzi keçiriblər. Onlar hətta kiçik timsahlarla da qidalanıblar. Tədqiqatçının sözlərinə görə, nəhəng dişli bu tısbağalar ona görə sağ qalıb yaşaya biliblər ki, özlərinin bütün yırtıcı rəqiblərini yeyərək sıradan çıxarıblar.
Bu nəhəng şirin su tısbağası ömrünün çox hissəsini göldə və çayda keçirsə də yumurta qoymaq üçün sahilə çıxıb. Palentoloqlar hesab edirlər ki, tısbağalar dinozavrların nəsilləri kəsildikdən sonrakı dövrdə mövcud olublar və ciddi rəqibləri olmadığına görə belə nəhəng ölçüyə çata biliblər.
http://anspress.com