Molla Cümənin 160 illik yubileyi qeyd olunacaq
10.11.2015

Dekabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq məktəbinin görkəmli nümayəndəsi Molla Cümənin 160 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Teatrın direktor müavini İlqar Musayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə sənətkarın XX əsr aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından söz açılacaq.

1854-cü ildə Şəkinin Aşağı Ləyisli kəndinə doğulması ehtimal edilən sənətkar klassik ədəbi poeziyada Azərbaycan və İslam dünyası ilə bağlılığı olan çoxsaylı şeirlərin müəllifi kimi tanınır. “İsmi Pünhan” təxəllüslü sənətkar hər şeydən əvvəl məhəbbət aşığıdır. O, özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində görür və Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərqa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə müqayisə edirdi.

Mola Cümə 1920-ci ildə vəfat edib.

AZƏRTAC