Bakıdakı apteklərin siyahı və ünvanları olan tətbiq yaradıldı
11.11.2015

Bakı şəhərində yerləşən apteklərin siyahısını və ünvanını təqdim edən yeni mobil tətbiq istifadəyə verilib.

Zeytun Aptek adlı mobil əlavədə aptekləri filtrasiya üzrə axtarış etmək mümkündür.

Belə ki, bu mobil tətbiqi yükləyən zaman istifadəçi tətbiq vasitəsilə Bakıda ona lazım olan bütün aptekləri tapa bilər.

Mobil əlavədə apteklərin yerləşdiyi ünvanlar telefon nömrəsi ilə qeyd edilib.

Tətbiqə 400-ə qədər aptekin siyahısının yerləşdiriləcəyi gözlənilir. Tətbiq hələlik Android istifadəçiləri üçün istifadəyə verilib.

Xeberler.az