Günün qoroskopu
22.5.2012

Qoç - Bu gün ikinci plan rolu ilə kifayətlənməli olacaqsınız: bədxahlarınızın hücumundan qorunmaq üçün kölgədə qalmağınız gərəkdir. Risk edib özünüzü zərbə altında qoymayın. İşgüzar danışıqlarda həddən artıq ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Səhhətiniz pisləşə bilər. Əsəb sisteminizə çox yük düşür, bu səbəbdən miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Yaxınlarınız sizə dəstək olmağa çalışırlar, amma buna nail olmaq onlara elə də asan deyil. Təsadüfi incikliklərin verəcəyiniz qərarlara təsir etməsinə imkan verməyin.

Buğa - Bir sıra sınaqdan keçməli olacaqsınız. Narahatlıq və qayğılar əbəs deyil, amma çox yorucudur: günorta tamamilə gücdən düşə bilərsiniz. Həmkarlarınız və rəhbərlik də sizi özünüzdən çıxarırlar: hər iki tərəf sizə yalnız iş artırır, sanki kifayət qədər məşğul olduğunuzu görmür.
İşgüzar danışıqların aparılması, şəxsi məsələlərin həlli üçün yaxşı gündür. Yeni işlərə başlayıb, eksperimentlər etmək olar. Bu gün gəldiyiniz nəticələr əsas etibarilə düzgündür.

Əkizlər - İmprovizə, yaradıcılıq axtarışları, qeyri-adi hərəkətlər üçün münasib gündür. Siz yalnız lazım olan anda qeyri-standart qərarlar qəbul edirsiniz, bunda sizə intuisiyanız kömək edir. Əcnəbilərlə işgüzar danışıqlar, uzaqdan gələn dostlarla görüş üçün də yaxşı gündür.
Alış-verişə çıxa bilərsiniz: orijinal, ekstravaqant əşyalar sizin diqqətinizi cəlb edir, seçimdə yanılmırsınız. Dahi bir şəxsiyyətlə tanış olmaq şansınız var. Bu gün başlanan münasibətlərin xarakteri sizin üçün bir qədər qəribə olacaq.

Xərçəng - Bir qədər ağlınızı işlətməli olacaqsınız: bunsuz qarşınıza çıxan problemləri aşmaq çətin olacaq. Bundan başqa, dostlarınızın və köhnə tərəfdaşlarınızın dəstəyinə ehtiyacınız olacaq: təklikdə düşmənlərinizin öhdəsindən gəlmək çətindir. Uğur qazanmaq şansınız var, tez təslim olmayın.
Bu gün zədə almaq riskiniz böyükdür: yolda, idmanla məşğul olarkən, işdə və alətlərlə işləyərkən diqqətli olun. Bundan başqa, soyuqlaya bilərsiniz.

Şir - Bu gün sakitcə işlərinizlə məşğul ola bilərsiniz. Həmkarlarınızla münasibətlərdə ciddi problem yoxdur. Bir çox Şirlər bu gün rəhbərliyi özlərinin zəhmətsevərlikləri və səyləri ilə heyrətləndirəcəklər. İş yerinizi dəyişə, müsahibələrə gedə bilərsiniz.
İnsanların xoşuna gəlirsiniz. Çoxları sizinlə ünsiyyət qurmağa çalışırlar - özünüz seçin. Şəxsi münasibətlərdə bir qədər yüngüllüyə meyllisiniz: bu gün sonra peşman olacağınız səhvlər buraxa bilərsiniz.

Qız - Yaradıcı iş, həmçinin qeyri-standart yanaşma, orijinallıq tələb edən məşğuliyyətlər üçün yaxşı gündür. Hazırcavablığınız rəqiblərinizi xeyli geridə qoymağa, düşmənlərinizi tərksilah etməyə, peşəkar mövqeyinizi bərkitməyə imkan yaradacaq. Ancaq bu, şəxsi münasibətlərdə tam tərsinə effekt verir, odur ki, burada ənənələrə və yoxlanılmış üsullara üstünlük verin.
Xərclərinizi azaldın, lazım olmayan əşyaları almayın. Alkoqol və ağır yeməklərdən uzaq durun. Qoxuya qarşı allergiyanız güclənə bilər.

Tərəzi - Kiminsə ailə dava-dalaşını yatırtmalı olacaqsınız. Başqalarının münasibətlərinə məcburi müdaxilə bir çox Tərəzilər üçün əsl sınaq olacaq, öz yaxınları ilə düzgün rəftar edib-etməmələrinə dair onlarda şübhə oyanacaq. Güclü günahkarlıq hissi, sərt özünütənqid, başqalarının səhvlərinə görə cavabdehlik bütün gününüzü korlaya bilər.
Şəxsi həyatınızda böyük dəyişikliklər etmək şansınız olacaq. Bu gün ehtiyatlı deyilsiniz, bu səbəbdən bəzi hərəkətlərin nəticəsi pis ola bilər.

Əqrəb - Mənəvi tarazlıq ən çox arzuladığınız şeydir. Həyatınızda baş verən hadisələri sakitliklə qarşılasanız, yaxşı olar. Günün ilk yarısı bir qazan qaynar su kimi üstünüzə ələnəcək problemlərin qarşısında duruş gətirmək üçün sizdən böyük səbr tələb olunacaq.
Amma siz bu gün intuitiv olaraq düzgün davranış yolunu tutursunuz. Bu səbəbdən itkiləriniz çox olmayacaq. Günün emosional fonu yaxşı deyil, bədbinliyə, ümidsizliyə qapılmaq ehtimalınız çoxdur. Təəssüf ki, ehtiyacınız olan dəstəyi də almırsınız.

Oxatan - Üsyan edib qaydaları pozmağa meyllisiniz. Çətin ki, kimsə sizi «düz yola» qaytara bilsin. Münaqişələrə səbəb olur, onların nəticələri barədə fikirləşmirsiniz, ağlınıza gələn hər şeyi deyirsiniz. Belə davranış, təbii ki, ətrafınızdakıların xoşuna gəlməyəcək.
Maliyyə çətinlikləri mümkündür. Sizə dəstək olacaqlarını söz vermiş adamlar vədlərinə xilaf çıxırlar. Əhvalınız korlanır, hirsinizi yaxınlarınızın üstünə tökürsünüz. Mənfi tendensiyalarla mübarizədə sizə yeganə kömək - yumor hissidir.

Oğlaq - Gün xoş və çoxdan gözlədiyiniz xərclərlə bağlıdır. Çoxdankı arzunuzun həyata keçməsi üçün pullar böyük qurban deyil, odur ki, xəsislik etmək lazım deyil. Təqdimat, konfrans və digər bu kimi tədbirlərin təşkili və keçirilməsi üçün münasib gündür. Sizin kütlə qarşısında çıxışlarınız çox uğurlu olacaq.
Öz yarınıza qısqanclıq üçün əsas verməyin: şübhələr münasibətlərinizi uzun müddət gərginlikdə saxlayacaq. Yalqız Oğlaqlar yeni tanışlıqlarla tələsməsinlər: bu gün təhlükəli əlaqələr qurmaq riskiniz böyükdür.

Dolça - Bu günlərədək sizi gərginlikdə saxlayan fikir ayrılıqları aradan qalxmaq üzrədir. Bəlli olmayan səbəblərdən sizdən küsmüş adamla münasibətlərinizi bərpa edə bilərsiniz. Hadisələrin pis yönünə diqqət yetirməməyə çalışın: bu gün bədbinliyə köklənmisiniz, amma inanın, bunun üçün heç bir əsasınız yoxdur.
Səfərlərə, planlaşdırılmamış səyahətlərə çıxmaq ehtimalınız var. Onlar istənilən nəticəni verməyə bilər, amma əhvalınızı qaldıracağı yüz faizdir. İdmanla məşğul olun.

Balıqlar - Şəxsi münasibətlərinizə «əl gəzdirmək» imkanı yaranacaq. Ehtiyatlı olmağa çalışın, sərtliyə və qəddarlığa imkan verməyin. Danışıqların sülh yolu ilk baxışdan sizə çox uzun görünə bilər, əslində isə məhz onun vasitəsilə məqsədinizə çata bilərsiniz.
Yaradıcı yanaşmadan daha çox, ehtiyat, səliqə tələb edən məşğuliyyətlərə üstünlük verin. Eksperimentlər etmək məsləhət deyil. Yeni işlərə günorta başlamağınız məsləhətdir, səhər və axşam bunun üçün münasib deyil.

Milli.Az