Rubik kubikinin sirri açılacaq
22.5.2012

Son əsrdə dünyanın ən populyar oyuncaqlarından birinə çevrilmiş "Rubik kubiki"nin kəşfinin 40 illik yubileyi qeyd olunacaq.

ABŞ-ın Nyu-Cersi ştatındakı "Liberty Science Center" və "Google" korporasiyası "Rubik kubiki"nin yubileyi ilə bağlı beynəlxalq miqyasda təbdirlər hazırlayır. Tədbirlər çərçivəsində sərgi də olacaq və həmin sərgi 14 ölkədə nümayiş etdiriləcək.

Macar alim, 68 yaşlı Ernö Rubikin 1974-cü ildə icad etdiyi "Rubik kubiki" ilk əvvəl şəkillərlə rənglərin kombinasiyasını göstərmək üçün dərs vəsaiti qismində nəzərdə tutulmuşdu.
Lakin kubik çox qısa zamanda populyarlaşdı, onun üzərindəki kombinasiyaları ən qısa müddətdə ən az hərəkətlə yığmaq üçün saysız-hesabsız riyazi formullar yazıldı.

Sərgidə "Rubik kubiki"nin populyarlığıın sirrindən də bəhs olunacaq.

Milli.Az