Ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.
2016-cı ildə Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula 1 Avropa Qran Prisi üçün biletlərin satışı bu il sonlarına planlaşdırılıb.
Bu barədə sorğusuna cavab olaraq Bakı Şəhər Halqasında bildiriblər.
Məlumatda qeyd olunub ki, beynəlxalq Avtomobil Federasiyası bir qayda olaraq məhz dekabr ayında Formula 1 yarışının yekun təqvimini ictimaiyyətə təqdim edir.
Müvafiq olaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarış günləri təsdiqləndiyi zaman F1 həvəskarlarını bilet satışı ilə sevindirə biləcək.
Bakı Şəhər Halqasında yarışları izləmək üçün seçim imkanı verən müxtəlif tribunalar quraşdırılması nəzərdə tutulub. 20 000-ə yaxın oturacaqlı tribunladan əlavə, yarışı ayaqüstü izləməyə imkan verən ərazilər də daxil olmaqla, ümumilikdə 30 000-ə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.
İstər yarışların START və FINISH zonasını əhatə edəcək tribunalar, istərsə də, təhlükəli döngələr üzrə ecazkar görüntü təmin edən digər tribunalar şəhər treki boyu yarışdan həftələr öncə hazır olacaq.
Bakı Şəhər Halqası bildirib ki, bütün tribunaları özündə ətraflı əks etdirən xüsusi xəritə, eləcə də məkanlar üzrə məlumat və bilet satışı dekabr ayında Bakı Şəhər Halqasının rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, uzunluğu 6 kilometrdən artıq olan “Bakı trası” uzunluğuna görə dünyada ikincidir. Bulvar ətrafınd bolidlər saatda 340 kilometr sürəti yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək. Bakı 2016-cı ilin 19 iyun tarixində bu yarışa ev sahibliyi edəcək.
Oxu.az