Təmirə görə yolu bağladılar
16.11.2015

Bakının Nizami rayonunda dairəvi yolda hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtın Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur.

Milli.Az