Bu günün hava proqnozu
16.11.2015

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Azvision.az