"Nargis Fund" Sizi dekabr ayının 1-dən 31-dək "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkasına dəvət edir!
1-31 dekabr tarixlərində layihənin baş sponsoru Amapola Exclusive Events şirkətinin təşkilati dəstəyilə Fəvvarələr Meydanında "Soyuq əllər, isti ürək" adlı xeyriyyə yarmarkası keçiriləcək.
"Mələklər" şüarı altında dekabr ayı ərzində davam edəcək yarmarkada doğmalarınıza və əzizlərinizə Yeni il münasibətilə hədiyyələr alaraq ehtiyacı olan çoxlu sayda uşağa sevinc bəxş etmiş olacaqsınız!
Konsert proqramı, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çoxsaylı əyləncə və sürprizlər əsl Yeni il bayramı ab-havası yaradacaq!
Ənənəyə uyğun olaraq, yarmarkadan əldə olunan vəsait müalicəyə ehtiyacı olan uşaqlara sərf ediləcək. "Nargis Fund" yarmarkanın sponsorları - Amapola Exclusive Events, AzərTürkBank, Ambassade de la Beaute, Fresh Catering şirkətləri ilə birgəehtiyacı olan uşaqlara yardım edəcək (müalicə, əməliyyat və s.).Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur qonaqlarla görüş, sevimli ifaçıların çıxışları, yarmarkanın sponsorları tərəfindən suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
"Mələklər" layihəsinə cəlb olunmuş sponsorlar, könüllülər və layihə iştirakçıları möcüzəyə ehtiyacı olan uşaqların müalicəsinin və əyləncəsinin həyata keçirilməsinə böyük töhvələr verən mələklər olacaqlar.
Qeyd:
Yarmarkaya layihədə iştirak, ona dəstək və layihənin işıqlandırılması məqsədilə media nümayəndələr, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur.
1-31 dekabr - Fəvvarələr meydanı
"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edəbilərsiniz:
İnstagram: Soyuqelleristiurek
Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info
İştirak və müsahibə ilə bağlı müraciət edin:
Aydan Abdulbağıyeva
Tel.: (+994 12) 4649111; aydan.a@olive.az
Milli.az