TRT-nin daha bir verilişi Azərbaycana həsr edilib
18.11.2015

TRT telekanalında Azərbaycanla bağlı növbəti material hazırlanacaq.

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan bildirib ki, noyabrın 22-nə kimi davam edəcək “Ömür dediğin” (“Ömür dediyin”) adlı filmin növbəti bölümü Azərbaycandan bəhs edəcək. Çəkilişlər Bakı, Saatlı və Gəncədə aparılır.

Veriliş “TRT Haber” telekanalında nümayiş olunacaq.

“Ömür dediğin” proqramı 2009-cu ildən bu yana həftədə bir dəfə TRT telekanalında Zeliha İlhan Doymuşun rejissorluğu ilə ekranlara gəlir. Verilişdə fərqli, eyni zamanda yaşlı insanların həyat yoluna səyahət, öz keçmişləri ilə bağlı söhbətlər öz əksini tapır.

Veriliş “TRT Haber” kanalında şənbə günləri Bakı vaxtı ilə 22:30-da nümayiş olunur.

“TRT Haber” Azərbaycanda KATV1 –də genişləndirilmiş türk paketdə yayımlanır.

Gün.Az