Gənc xanəndə, ikinci Respublika Muğam Müsabiqəsinin qalibi Güllü Muradova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsinə ilk dəfə olaraq Leyli obrazını canlandıracaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dekabrın 3-də nümayiş olunacaq “Leyli və Məcnun” operasında Məcnun rolunda Əməkdar Artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev çıxış edəcək.
Tamaşa Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluşunda təqdim olunacaq.
Qeyd edək ki, səhnə əsəri Opera və Balet Teatrının solisti olmuş, Xalq Artisti Baba Mahmudoğlunun 75 illik yubileyi münasibətilə reallaşacaq.
azertag.az