Günün qoroskopu
19.11.2015

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - işləmək və yaradıcılıq məsələlərin həlli üçün pis gün deyil. Çətin məsələləri həll etməyə və rəqiblərinizi geridə qoymağa nail olacaqsınız. Qoçlar bu gün xüsusilə şöhrətpərəst olacaqlar və bu, onlara məqsədlərinə doğru irəliləməkdə yardım edəcək. Ayrı-ayrı anlarda özünüzdən və ətrafdakılardan narazı qala bilərsiniz. Lakin ümumilikdə əhval-ruhiyyəniz yaxşı olacaq.
Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün münasibdir. Bu vaxt ovqatınız yüksələcək, siz şən və gülərüz olacaqsınız. Yeni tanışlıqlar da mümkündür. Kiminlə əlaqə qurub-qurmamağı sizə intuisiyanız deyəcək.

Buğa - Maraqlı adamlarla ünsiyyətdən zövq alacaqsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür. Təəssüf ki, nikahda olan və ya sizə ciddi yanaşmaq istəməyən adamla əlaqə də istisna deyil. Böyük xərclər və uğursuz bazarlıqlar günüdür. Siz gözəl, amma işə yaramayan şeylərə meyl edirsiniz.

Əkizlər - Əkizlər onlar üçün əhəmiyyətsiz görünən məsələlərin həllində səylərini əsirgəməsələr, peşə sahəsində uğurlar qazana bilərlər. Bu gün hər bir xırdalıq diqqətəlayiqdir. Rəhbər Əkizlər işçilərinin fəaliyyətini diqqətlə izləməlidirlər. Onların səhvi ümumi işin nəticələrinə təsir edə bilər.
Günün ikinci yarsında alacağınız xəbər, dost məsləhəti və ya qohumlarla görüş maliyyə vəziyyətinizə müsbət təsir göstərəcək. Yaxşı nəticə əldə etmək üçün ölçü hissini unutmayın: çoxlu problemlərin həllinə girişmək, eyni vaxtda bir neçə işlə məşğul olmaq tövsiyə olunmur.

Xərçəng - ətrafda baş verən hər şeyə çox kəskin reaksiya verirsiniz. Bugünkü hərəkətlərinizi düşünülmüş, qərarlarınızı isə ölçülüb-biçilmiş adlandırmaq çox çətindir. Siz insanları tez-tez küsdürür, asanlıqla özünüzə düşmən qazanırsınız. Bir çox Xərçənglər qalib kimi çıxacaqları az ehtimal olunan mübarizəyə qoşulacaqlar.
Qohumlarla münasibətlər kəskinləşəcək. Xərçənglər ətrafdakılara təzyiq göstərməyə çalışırlar, bəzən özlərini aqressiv aparırlar. Günün ikinci yarısında gərginlik azalacaq və ovqatınızı düzələcək. Bu vaxt bir çoxları probelmlərinin həlli yolunu tapacaqlar.

Şir - Bu gün Şirlər sona çatdıra bilib-bilməyəcəklərini düşünmədən cəsarətlə yeni işlərə girişəcəklər. Cəsur eksperimentlər, avantüralar və yeni başlanğıclara meyl bürcün nümayəndələrini düşünülməmiş hərəkətlərə təhrik edə bilər. Amma Şirlər səhvləri də o qədər şən və gülər üzlə edəcəklər ki, onlara köməyə gəlmək istəyənlər tapılacaq.
Gün fiziki iş və idmanla məşğul olmaq üçün münasibdir. Maliyyə mənzərəsi əlverişlidir. Alış-veriş etmək, qiymətli kağızlara pul qoymaq olar. Ailəli Şirlər yaxınlarının rifahının qayğısına qala bilərlər.

Qız - günün birinci yarısında ünsiyyət zamanı ehtiyatlı olmalısınız. Siz hər şeyə tez inanırsınız və bu səbəbdən başqalarının manipulyasiya və intriqalarının qurbanına çevrilə bilərsiniz. Sizi aldatmaq, həqiqətlə heç bir əlaqəsi olmayan şeylərə inandırmaq üçün xüsusi məkrə ehtiyac yoxdur.
Vacib qərarların qəbulundan çəkinmək tövsiyə olunur. Nəzərə alın ki, bütün gün ərzində qadınlarla yola getmək çətin olacaq. Xüsusilə, orta yaşlı və ağbirçək xanımlarla dil tapmaq çətin olacaq.

Tərəzi - sakit düşüncələr və uzunmüddətli planlaşdırmalar üçün münasib olan pis gün deyil. Dəqiqlik, səliqə və çalışqanlıq tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaradıcı məsələlərin həllində vəziyyət o qədər də yaxşı olmayacaq.
Bürcün bir çox nümayəndələri, nəhayət ki, fikirlərini çoxdandır diqqət tələb edən ailə işlərində cəmləşdirə biləcəklər. Burada təşkilatçılıq qabiliyyəti lazım gələcək. Uşaqların sizin şəxsi iştirakınız və əhəmiyyətli xərclər olmadan həlli qeyri-mümkün problemləri yarana bilər.

Əqrəb - müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. İşgüzar fəallıq yüksək olacaq, peşə uğurlarına ümid etmək olar. Vəzifə artımı istisna deyil, məhsuldar əməkdaşlığın başlanması mümkündür. Əgər təşəbbüskarlıq nümayiş etdirsəniz və nəyə qadir olduğunuzu göstərsəniz, ağıllı hərəkət etmiş olarsınız. Maraqlı təkliflər verin, liderlik keyfiyyətlərinizi və təşkilatçılıq qabiliyyətinizi nümayiş etdirin. Unutmayın: peşəkar gələcəyinizin asılı olduğu adam diqqətlə sizi izləyir.

Oxatan - bütün çətinliklərə baxmayaraq, bu gün sakitliyinizi qoruyacaq və düz edəcəksiniz. Məhz soyuqqanlılıq və düşünülmüş addımlar atmaq ortaya çıxan bütün sualların cavabını tapmaqda sizə yardım edəcək. İşdə uğurlar, maraqlı iş təklifləri mümkündür. Özünü yeni sahədə sınamaq istəyənlər bu gün risk edə bilərlər: ulduzlar köməklik vəd edirlər.
Əks cinsin nümayəndələri ilə ünsiyyət üçün münasib gündür.

Oğlaq - günə ən çətin və xoşagəlməz işlərdən başlamağa hazır olan Oğlaqları tez və hərtərəfli uğur gözləyir. Vaxtınızı dünyanın ədalətli qurulub-qurulmaması ilə bağlı söhbətlər və düşüncələrə sərf etməyin. Bu gün hərəkət etmək lazımdır. İş danışıqları çox gərgin keçəcək. Amma istəyinizə nail ola biləcəksiniz.

Yaxınlarınızla ünsiyyətdə müsbət emosiya mənbəyini tapmağa nahaq cəhd edirsiniz. Bu gün sizi tərifləmək və dəstəkləməkdən daha çox tənqid edəcəklər. Yalnız sevdiyiniz adam istisnadır. Məhz ondan əməl etməyə dəyən məsləhətlər alacaqsınız.

Dolça - mənfi tendensiyaların təsiri güclü olacaq. Həmkarlarınızla ciddi fikir ayrılıqları yarana bilər. Rəhbərilk sizin hərəkətlərinizi kəskin tənqid edəcək. Bu və ya digər hərəkətləri edərkən hansı motivlərə əsaslanacağınızı izah etməli olacaqsınız. Bu, zövqünüzcə deyil. Amma təəssüf ki, başqa yolunuz da yoxdur.
Bu günün müsbət tərəfləri yalnız hadisələrin əlverişsiz inkişafına rəğmən, sizin uğura olan inamı itirməməyinizdir. Pulunuzu ağılla xərcləyin.

Balıqlar - Bu gün iş danışıqları aparmaq, nüfuzlu adamlarla, dövlət orqanlarının nümayəndələri ilə görüşmək tövsiyə olunmur. Sənədlərin rəsmiləşdirilməsində problemlər yarana bilər. Hüquqi və təşkilati məsələlərinin həlli üçün münasib gün deyil. Yerinə yetirməyin çətin olduğu vədlər verməməyə, yaxşı münasibətləri qorumaq istədiyiniz insanları aldatmamağa çalışın.

Milli.Az