GoMap.Az-ın məlumatına görə, populyar müğənni İlhamə Qasımova yenidən avropalı fanatlarını heyrətləndirib. Müğənninin yeni ərsəyə gələn "Flying" ("Uçuş") mahnısına cəkilmiş klipi dünyada izləmə rekordlarını qıraraq ön cərgələrdə qərarlaşıb.
Almaniyanın TDF kanalı xəbər verir ki, azərbaycanlı müğənninin dünyanı səyahət etməkdən bəhs edən "Flying" mahnısı artıq indidən bu yayın hitinə cevrilib. Qeyd edək ki, şən, dinamik əhval-ruhiyyədə yazılan mahnının müəllifi İlhamənin prodüseri Mark Dollardır.
Klipin rejissor işi isə Oliver Sommerə məxsusdur. Rənganərəngliyinə görə insanı səyahət əhval-ruhiyyəsinə kökləyən klip dünyanın məşhur məkanlarında - Kanar adalarında, Tenerifedə, Playa de La Amerikada lentə alınıb. Mahnıda İlhamə Qasımovanın duet ortağı dünyada tanınmış RIO grupunun solisti U-Jean adlı amerikali müğənnidir.
Klip İlhamə, U-Jean, Dc OGB üclüyü ilə ərsəyə gəlsə də, azərbaycanlı müğənniyə məxsusdur. Klip və mahnı rəsmi olaraq satışa bir necə Avropa ölkəsində, o cümlədən Almaniyada iyunun 8-dən buraxılacaq. Mahni ücün "Universal" sirkəti ilə bağlanılan müqaviləyə əsasən, mahnının və klipin yayım hüquqları da bu şirkətə məxsusdur. Mahnı sevildiyindən artıq Almaniyanın bütün radioları İlhamənin "Flying" mahnısını səsləndirməyə başlayıb.
Müğənninin klipi isə yaxın zamanlarda Avropanın bütün kanallarında, eləcə də Amerika televiziyalarında yayımlanacaq. Məlumatlara görə, müğənninin klipindən reklam məqsədilə istifadə etmək ücün artıq bir neçə aviaşirkət də müraciət edib.
İlhamə Qasımova - FLYING (Klip)
Milli.Az