Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Siqaretdən imtina” günləri keçirilir.
“İqtisadçı Gənclər Akademiyası” İctimai Birliyi ilə Tələbə Gənclər Təşkilatının birlikdə təşkil etdiyi “Siqaretdən imtina” günləri çəçivəsində universitetin professor-müəlim heyəti, tələbə, magistrant, doktorantları və bütün əməkdaşları xüsusi hazırlanan lövhənin qarşısında çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə #nefesiniqoru #siqareteyox #tustusuzheyat #smokekillsus #saveurlungs #nosmokeyeslove heşteqləri ilə paylaşacaqlar. Siqaretsiz həyatı təbliğ etmək üçün şəkillərdə hər kəsin pozitiv görünməsi şərtlərdən biridir.
Eyni zamanda tələbələr “Siqaretdən imtina” günü çərçivəsində videoçarx hazırlayıblar. Videoçarxda siqaretin zərərlərindən bəhs edilir.
Trend.az