Azərbaycan startapı dünyanın ən parlaq 20 ideyasından biri seçilib
20.11.2015

CNBC dünyanın 20 ən parlaq ideyaya malik startapını təqdim edib.

Bu startaplar arasında Azərbaycanın BethClip layihəsi də yer alıb.

Qeyd edək ki, BethClip qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək məqsədilə təşkil edilən "Startup Open" yarışının əsas iştirakçılarından biridir.

Bu layihə GEW 50-də - "Startup Open" yarışında 800 layihədən finala qalmış 50 layihədən biri olub.

Finalçılar 2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində keçiriləcək Qlobal Sahibkarlıq Konqresində yarışacaqlar.

BethClip müxtəlif platformalı avadanlıqlar və cihazlar arasında clipboard və digər məlumatın ötürülməsini təmin edir.

Xeberler.az