Azərbaycanın ilk informatik aliminə “Şərəf” ordeni təqdim olundu
20.11.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ilk informatik alimi İsmayıl İbrahimov da var.

AMEA-dan bildirilib ki, Prezidentin sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.
Kompüterləşdirmə və informasiyalaşdırma problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur.

Azərbaycanın ilk informatik alimi istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülüb.

İsmayıl İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri var. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.

Xeberler.az