Noyabrın 27-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mark Kamolettinin pyesi əsasında səhnələşdirilən eyniadlı “Fransızsayağı qarnir” tamaşası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, rusdilli tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərovun quruluşunda təqdim olunacaq. Bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov olan ikihissəli tamaşanın quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysteri Zakir Ağayev və Elana Ağayevadır.
Tamaşada əsas rolları Əməkdar Artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Yulya Heydərova, Firuz Məmmədov, Əliməmməd Novruzov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, səhnə əsərinin süjet xətti qəhrəmanların halına ürəkdən yanmağa məcbur edir. Şərait elə gətirir ki, hadisələr yumor və əyləncəyə çevrilir. Yumor və istehzanın yer aldığı tamaşada həyatsevərlik və humanizm ideyalarından da bəhs olunur.
AZƏRTAC