Feysbuk sosial şəbəkəsi iş yerində yazışmalar üçün "Work Chat" mobil proqramını istifadəyə verib. Xidmət "Slack" korporativ messencerinə alternativ olaraq nəzərdə tutulub. "Android" mobil əməliyyat sistemi üçün "Work Chat" versiyası artıq "Google Play" internet mağazasında əlçatandır. "iOS" üçün mobil proqram daha sonra istifadəyə veriləcək.
"Work Chat" messenceri mətn mesajları, şəkil və videomateriallarla, həmçinin fərdi və ya qrup çatlarında sənədlərlə paylaşmağa imkan verir.
Proqramda kontakt siyahısının əvəzinə əməkdaşların kataloqu istifadə olunur.
Milli.Az