Bakıda kino həftəsi
23.11.2015

Bu gün “Milli Qәhrәmanlar” sәnәdli filmlәr hәftәsi başlayır. Nizami Kino Mərkəzində keçirilən tədbirin təşkilatçısı Bakı Şәhәr İcra Hakimiyyәtinin Kino Xidmәti İdarәsi, sifarişçi isə Mədəniyyət və Turizm Nazirliyidir.


Kino Xidməti İdarəsindən bildirilib ki, həftəyə rejissor İsmayıl Zeynalovun çəkdiyi, Milli Qәhrәman Salatın Əsgərovaya hәsr olunan “23” filmi ilə start veriləcək.

Tədbir torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təşkil edilib.

Publika.az