Bu marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edildi
24.11.2015

NİİM məlumat yaydı.

Sabahdan Bakıda 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti “28 may” metro stansiyasına qədər idisə, sabahdan etibarən əvvəlki xətlə, yəni “20-ci sahə”yə qədər hərəkət edəcək.

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metro stansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq, 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.

www.oxu.az