Noyabrın 25-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş “Söz nəbzidir, aynasıdır zəmanənin” mövzusunda tədbir keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açılacaq, şairin sözlərinə bəstələnmiş mahnılar səslənəcək, həmçinin şeirlərindən nümunələr söyləniləcək.
Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəngdir. Onun yalnız lirikası deyil, eləcə də xalqımızın tarixindən, mübarizəsindən bəhs edən dramaturji əsərləri də məşhurdur. Bəxtiyar Vahabzadənin “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Rəqabət” kimi pyesləri bir-birinin ardınca Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
AZƏRTAC