Günün qoroskopu
23.5.2012

Qoç - Cansıxıcı gündür. Heç bir maraqlı hadisənin (ümumiyyətlə, hansısa hadisənin) baş verməməsi sizi bezdirir. Özünüzü göstərə, istedadınızı nümayiş etdirə bilmirsiniz. Kölgədə qalmaq məcburiyyətindəsiniz. Sizi görmədiklərinə, layiqincə qiymətləndirmədiklərinə görə narahatlıq keçirirsiniz.
Bu gün həyat haqqında daha çox fikirləşirsiniz. Düzgün yol seçmədiyinizi boynunuza almağa yaxınsınız, amma o yoldan dönməyə də heç bir niyyətiniz yoxdur. Enerjiniz çoxdur, istənilən maneəni aşa bilərsiniz.

Buğa - Günün əsas hissəsini heç sevmədiyiniz bir insanın qayğısını çəkməyə həsr edəcəksiniz. Mənfi emosiyalarınızı cilovlamağa çalışırsınız, anlayırsınız ki, istənilən anda partlaya bilərsiniz, bu səbəbdən əsəbi gərginliyiniz yüksək olacaq. Həmkarlarınızla fikir ayrılıqları mümkündür. İşgüzar məsələlərdə öz rəyinizi çox sərt söyləməyə meyllisiniz.
Şəxsi həyatınızda isə işlər bir qədər yaxşıdır, heç olmazsa, münasibətlərdə kəskinlik duyulmur. Yaşlı qohumlarınızla heç də həmişə dil tapmasanız da, iş münaqişə həddinədək böyümür.

Əkizlər - Nəsə yaxşı və xoş bir şey gözləyirsiniz. Hələlik bunun nə olduğu sizə tam aydın deyil. Amma narahat olmayın: intuisiyanız sizi aldatmır, tezliklə yaxşılığa doğru böyük dəyişikliklər baş verəcək.
Səfərlərə çıxa, vərdişlərinizi, həyat tərzinizi və ünsiyyət dairənizi dəyişə bilərsiniz. Səhvləriniz elə də bağışlanmaz deyil, hətta çox vaxt yolun yarısından qayıdırsınız. Pul ala bilərsiniz. Məhsuldar əməkdaşlıq, yaxud başgicəlləndirici eşq macərasının başlanması mümkündür.

Xərçəng - Gün elə də xoş olmasa da, aşılması çətin olan problemləriniz də yoxdur. Uğursuz sövdələşmələr, maliyyə itkiləri mümkündür, xoşbəxtlikdən, böyük məbləğdə pulu riskə atmırsınız. Dövlət orqanlarının əməkdaşları ilə aranızda münaqişələr yaranması ehtimalı böyükdür. Sənədlərin hazırlanması, hüquqi məsələlərin həllini təxirə salmaq məsləhətdir.
Emosional fon sabit deyil, əhvalınız bəzən çox pis korlanacaq. Ancaq vaxtında dilinizi saxlayır, ətrafınızdakıları incitmək istəmirsiniz.

Şir - Uğurun sirri - hər bir şeydə ölçünü gözləməkdir. Bu prinsip elə də xoşunuza gəlmir, ancaq yalnız o, bu gün sizə xoşagəlməzliklərdən qaçmağa, ciddi səhvlər etməməyə, istədiyinizi almağa yardım edəcək. Məsrəflərdən və planlaşdırılmamış alış-verişdən çəkinin. Yalnız çox vacib olan səfərlərə çıxın.
Səmimi ola bilərsiniz. Dostlarınız və yaxınlarınızla öz hiss və həyəcanlarınızı bölüşməkdən çəkinməyin. Gözləmədiyiniz yerdən anlayış və kömək alacaqsınız.

Qız - Uğursuz gündür. Çoxsaylı xoşagəlməz durumlar yaranır, bunların öhdəsindən gəlməyə çox güc sərf edirsiniz. Bu gün köməyinə arxalandığınız insanlar yardım etməkdən boyun qaçırırlar. Rəhbər Qızların işçiləri ilə aralarında ciddi fikir ayrılıqları mümkündür.
İri alış-veriş etmək, ehtiyacınız olmayan əşyaları almaq məsləhət deyil. Yaxınlarınızla mübahisələrdən qaçın: bu gün hansısa münaqişə yaranarsa, ona son qoymaq çox çətin olacaq. Xoşagəlməz xəbərlər ala bilərsiniz. Günün ikinci yarısı gözləmədiyiniz qonaqlarınız gələ və uzun müddət sizin evdə qalacaqlarını bəyan edə bilərlər.

Tərəzi - Əsəbi və hövsələsizsiniz. Bu səbəbdən özünüz-özünüzə problemlər yaradır və elə özünüz də onları həll edirsiniz. Bu arada ətrafınızdakılara qarşı mənfi emosiyalarınız səngimək bilmir. Çox az Tərəzinin işdə və evdə münaqişələrdən qaçmaq şansı olacaq. Üstəlik, ciddi maliyyə itkiləri mümkündür.
Digər tərəfdən, bu günün yaxşı cəhətləri də var. Yaradıcılıqla məşğul ola, evinizi abadlaşdıra, xeyriyyə aksiyalarında iştirak edə bilərsiniz. Ətraf aləmi gözəlləşdirmək həvəsiniz güclüdür və elə bu işdə də yaxşı nəticələr əldə edə bilərsiniz.

Əqrəb - Hamıdan fərqli olaraq Əqrəblər bu gün bəxtəvərdirlər - bütün işləri uğurlu alınır. İstənilən problemin həllinə girişə bilərsiniz. Rəhbərliklə xırda fikir ayrılıqları mümkündür, ancaq siz tezliklə onu özünüzün haqlı olduğunuza inandıra biləcəksiniz.
Böyük məbləğdə pul ala bilərsiniz. İşgüzar və dost görüşləri üçün münasib gündür. Romantik görüş xoş təəssürat yaradacaq. Maraqlı təklif və dəvətlər ala bilərsiniz.

Oxatan - Köhnə layihələrinizi başa çatdırmağa çalışın. İstənməyən «köməkçilər» bəzən sizi bezdirəcəklər, amma ümumilikdə zəhmətinizin nəticəsindən razı qalacaqsınız. Əməkdaşlıq təklifi ala bilərsiniz. Həmçinin uzaq bir ölkədən də işgüzar təklif gəlməsi mümkündür.
Şəxsi münasibətlərə aid məsələlərdə tələsik qərarlar verməyə meyllisiniz. Amma məhz burada ehtiyat və səbr yerinə düşərdi. Tələsərək yaxınlarınızı kədərləndirə bilərsiniz.

Oğlaq - Elə də xoş gün deyil, amma darıxmayın, sonra daha yaxşı olacaq. Hələlik səbr edin, mürəkkəb olmayan işlərə üstünlük verin. Onların sizin bacarıq və istedadınıza uyğun gəlməməsi şərt deyil. iri sövdələşmələr imzalamaq, daşınmaz əmlak, avtomobil almaq məsləhət deyil.
Xırda səfərlərə, gəzintiyə və ekskursiyaya gedə bilərsiniz. Qohumlarla görüş və ailə məsələləri üçün münasib gündür. Romantik görüş isə ürəyinizcə olmayacaq. Soyuqlaya bilərsiniz, yelçəkəndə oturmayın.

Dolça - Dilinizi saxlayın, düşünmədən bir söz söyləməyin. Bu gün onların çox acı nəticələri ola bilər. Yaxınlarınıza qarşı diqqətli olun. Yaşlı qohumlarınızı diqqətdən kənarda qoymayın. Ailə işlərinə vaxt tapın.
İş perspektivləri elə də yaxşı deyil. Peşəkar problemlərinizi həll edərək yaxşı pul qazanmaq şanslarınız azdır. Rəhbərliklə aranızda ciddi fikir ayrılıqları yarana bilər. Hətta bəzi Dolçalar özlərinə yeni iş yeri axtaracaqlar. Enerjiniz çoxdur, səhhətinizdə problem gözlənilmir.

Balıqlar - Xeyli həyəcan yaşayacaqsınız. Narahatlıq üçün xeyli əsasınız olacaq. Amma bunların yarıdan çoxu bəhanədir. Həmkarlarınızla dil tapmaq sizə çətindir: sizin problemlərin həllinə münasibətiniz onlara qəribə və yararsız görünür. Sizə tez-tez məsləhətlər verirlər, amma çətin ki, bunların heç olmasa, bir faizi xoşunuza gəlsin. İntuisiyanız sizi aldatmır: doğrudan da, bu gün yalnız öz məntiqinizə güvənsəniz, daha yaxşı olar.
Yaxınlarınızla münasibətlərinizi bir daha gözdən keçirin: onlardan bəzilərinin qiymətini bilmirsiniz. Şəraiti dəyişmək faydalı olar. İmkan varsa, romantik səyahətə çıxın.

Milli.Az