Azərbaycan ekoloqları peşə bayramlarını qeyd edirlər
23.5.2012

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərininin peşə bayramıdır.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ölkədə həyata keçirilən struktur islahatları çərçivəsində ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib və onların bazasında Azərbaycan Respublikası prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsasnaməsi prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı fərmanı ilə təsdiq edilib.

http://az.salamnews.org