Avstraliya dünyanın ən xoşbəxt ölkəsidir
23.5.2012

Avstraliya sakinləri dünyanın ən xoşbəxt insanlarıdır. İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının analitikləri yaxşı həyat indeksi (Better Life Index) üzrə apardıqları araşdırma nəticəsində belə qərara gəlmişlər ki, avstraliyalılar şən və firavan həyat sürürlər.

Avstraliya sakinləri işsizlikdən əziyyət çəkmirlər. Bundan əlavə, dünya iqtisadi böhranının ən az təsir göstərdiyi ölkə də Avstraliyadır.

Hazırda Avstraliya iqtisadi yüksəliş dövrünü yaşayır. Rəyi soruşulan avstraliyalıların 85 faizi özlərini əla hiss etdiklərini deyiblər.

Reytinqi müəyyənləşdirmək üçün qazanc həddi, təhsil almaq imkanı, mənzil şəraiti, təhlükəsizlik, tibbi sığorta və s. kriteriyadan istifadə olunmuşdur.

AzərTAc